1000 toyuğa görə 100 dollar rüsum veriləcək

1000 toyuğa görə 100 dollar rüsum veriləcək
  08 Noyabr 2018    Oxunub:1291
Azərbaycana idxal edilən ev toyuqlarına (Gallus domesticus) dövlət rüsumu tətbiq olunacaq.
Azvision.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Belə ki, indiyədək ölkəyə idxal edilən ev toyuqlarına (Gallus domesticus) dövlət rüsumu tətbiq olunmurdu. Dəyişikliyə əsasən 2019-cu ilin dekabrın 15-dək idxal edilən toyuğun hər 1000 ədədinə 100 ABŞ dolları dövlət rüsumu tutulacaq.

Anar Kəlbiyev
Azvision.az



Teqlər:





Xəbər lenti