Bu gün bəzi yerlərdə işıq olmayacaq

Bu gün bəzi yerlərdə işıq olmayacaq
  08 Noyabr 2018    Oxunub:1306
Abşeron rayonunun Saray, Yeni Saray və Ceyranbatan qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən Azvision.az-a verilən məlumata görə, Abşeron rayonu ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq bu gün saat 12.30-dan 14.30-a qədər məhdudiyyət tətbiq ediləcək.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.




Teqlər: Azərişıq  





Xəbər lenti