“Bəzi şəhid ailələri yanlış olaraq şikayət edir” - Nazir müavini (FOTO)

“Bəzi şəhid ailələri yanlış olaraq şikayət edir” -  Nazir müavini (FOTO)
  07 Noyabr 2018    Oxunub:4970
"9 oktyabr tarixinə olan məlumata 300-dən artıq şəhid hərbi qulluqçuların vərəsələrinə dair sənədlər daxil olub. Sənədlərə İşçi qrupunda baxıldıqdan sonra 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi təsdiq olunub"
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, həmin vərəsələrin sənədləri Maliyyə Nazirliyinə təqdim olunub.

"İlin sonuna qədər vərəsələrin yarısına bu hüquqi vəsaiti vermək imkanımız olacaq. Növbəti ildə digər yarısına vəsaitin verilməsi nəzərdə tutulub".

İ.Isayev qeyd edib ki, vaxtilə ödəmə alan şəhid hərbi qulluqçuların yaxınları tərəfindən gələn şikayətlərə də baxılıb: "Aidiyyatı orqanlardan şikayətlərin araşdırılması üzrə sənədlər istəmişik. Şikayətçilərin bir qismi vaxtilə ödəniş almadıqlarını bildirirlər, lakin adları siyahıda yoxdur. Onlara dair əldə etdiyimiz sənədlərdən bəli olur ki, 80 müraciət üzrə sığorta ödənişinə dair sənədlər mövcuddur və yanlış olaraq şikayət edirlər. Şikayətlərin bir qismində anlaşılmazlıq da olub. 10-dan artıq halda həmin şəxslər səhv olaraq müraciət ediblər. Onların adı siyahıda var".



Nazir müavini qeyd edib ki, şəhid hərbi qulluqçuların vərəsələrinin sığorta ödənişi aldıqlarına dair sənədlər Dövlət Sığorta Kommersiya Təşkilatı ilə yanaşı, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş İdarəsində də mövcuddur

















Aytən Zəhra
FOTO: Şahin Sərdarov

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti