Nazir müavinətlərlə bağlı təklifə münasibət bildirdi

Nazir müavinətlərlə bağlı təklifə münasibət bildirdi
  07 Noyabr 2018    Oxunub:1181
Maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət bildirib.
Azvision.az-ın məlumatına görə, Milli Məclisin komitələrinin birgə iclasında büdcə müzakirələri zamanı çıxış edən maliyyə naziri deyib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil:

“Məsələn, Belarusla müqayisə edirlər. Burada vəziyyət fərqlidir. Belarusda demoqrafik vəziyyət Azərbaycandakından fərqlidir. Yəni bu, hər dövlətdə fərqlidir. Hər bir dövlətin xüsusiyyətləri nəzərə alınaraq münasibətimizi formalaşdırmalıyıq. Bu məsələyə baxıla bilər”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Samir-Şərifov  





Xəbər lenti