“Ödənişsiz təhsil alanların sayı azalır” - Nazir

“Ödənişsiz təhsil alanların sayı azalır” -  Nazir
  06 Noyabr 2018    Oxunub:2073
“Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-cu ildən əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur”
Azvision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib. Nazir deyib ki, vəsaitlər 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq:

“Digər məsələ təhsil kreditləri ilə bağlıdır. Yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Təhsil krediti alanların həmin krediti qaytarması sualdır. Problem bundadır. Ona görə də bizim bank təşkilatlarımız bu riski öz üzərilərinə götürmək istəmirlər. Buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, bu kreditlər qaytarılmayacaq”.

Nazir, həmçinin qeyd edib: “Xaricdə bu məsələ belə qurulub. Kredit verilir, amma həmin məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlərdən banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək”, - S.Şərifov deyib.

Maliyyə naziri əlavə edib ki, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların təşkilati-hüquqi forması dəyişdirilib və onlar publik hüquqi şəxslər olublar: "Ancaq bu, həmin təşkilatların dövlət büdcəsindən asılılığını aradan qaldırmayıb. Yalnız bir necə təşkilat müstəqil gəlir imkanlarına malikdirlər, yaxud da onların həmin gəlir imkanları saxlanma xərclərinin çox cüzi hissəsini təmin edir. Ona görə də verdiyimiz təqdimatda göstərilib ki, həmin publik hüquqi şəxslərin fəaliyyətini təmin etmək üçün dövlət büdcəsindən 396 milyon manat vəsait ayrılsın”.

S.Şərifov deyib ki, bəzi dövlət məxsusi ali təhsil müəssələri xüsusi elmi labioratoyaların yaradılmasını istəyirlər: “Biz artıq Təhsil Nazirliyi ilə müəyyən model üzrə razılığa gəlmişik. Güman edirik ki, növbəti ildə həmin model üzrə laboratoriyaların yaradılması məsələsinə baxacağıq. O cümlədən, Elmlər Akademiyasının sistemində aspirantların hazırlanması məsələsinə həmin prizmadan baxılacaq”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Samir-Şərifov  





Xəbər lenti