Bu il qadınlara qarşı 549 cinayət törədilib

Bu il qadınlara qarşı 549 cinayət törədilib
  06 Noyabr 2018    Oxunub:1306
"Məişət zorakılığından zərər çəkənlər üçün yardım mərkəzləri yaradılmalıdır. Hazırda ölkədə dövlət yardım mərkəzi mövcud deyil. 10 qeyri-dövlət mərkəzi var. Bunlardan da cəmi ikisi davamlı fəaliyyət göstərir".
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycanda qadınlara qarşı 2015-ci ildə 248, 2016-cı ildə 2221, 2017-ci ildə 2145, 2018-ci ilin birinci rübündə isə 549 cinayət faktı qeydə alınıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Komitə   Cinayət  





Xəbər lenti