"Hazırda 32 abidə baxımsız vəziyyətdədir" - Komitə sədri

"Hazırda 32 abidə baxımsız vəziyyətdədir" -  Komitə sədri
  06 Noyabr 2018    Oxunub:2284
"Azərbaycanda çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmalıdır"
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

O, 2019-cu ilin büdcə zərfində 3 yaşınadək uşaqlara verilən müavinətlərin artırılmasını təklif edib. Komitə sədri eyni zamanda qeyd edib ki, güzəştli ipoteka şərtləri çoxuşaqlı ailələrə də şamil edilməlidir.

A,Naxçıvanlı çıxışında daha sonra bildirib: "Azərbaycanda turizm inkişaf edir. Oğuz turistləri özünə cəlb edən rayonlardan biridir. Bu baxımdan rayona gələn turistlərin sayı artmaqdadır. Amma turistləri özünə cəlb edən tarixi abidələrin bərpasına ehtiyac var. Hazırda 32 belə abidə baxımsız vəziyyətdədir. Bundan başqa Tarix Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsinə ehtiyac var. Xahiş edirəm ki, bu məsələ diqqətdə saxlanılsın”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Aqiyə-Naxçıvanlı  





Xəbər lenti