Vüqar Gülməmmədov DSMF-yə iradlarını bildirdi

 Vüqar Gülməmmədov DSMF-yə iradlarını bildirdi
  06 Noyabr 2018    Oxunub:4273
"Cari ilin 9 ayında ünvanlı sosial yardım təyin edilən ailələrin sayı əvvəlki illə müqayisədə 37.1 faiz azalıb. Bu çox ciddi rəqəmdir".
Azvision.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə keçirilən 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. O, qeyd edib ki, növbəti il üçün ünvanlı sosial yardımın verilməsinə görə, ehtiyac meyarı 10 faiz artırılaraq 143 manat müəyyənləşdirilib:

“Hesablama Palatası ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı dünya təcrübəsinə əsaslanaraq, sistemdən kənarda qalan vətəndaşların da müraciətlərinin olacağını qeyd etmək istəyir. Sosial müdafiə xərcləri ilə aparılan tədbirlərə əsaslanaraq, I qrup əlillərin sayında artım templərini xüsusilə vurğulamaq istəyirəm. Belə ki, qeyd olunan kontingentin sayı 1 yanvar 2018-ci illə müqayisədə 8.1 faiz artıb. Təkcə cari ildə yarım illik artım 9.1 faiz təşkil edib. Həm dövlət, həm də məcburi dövlət sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun hesabından əlilliyə görə müxtəlif ödənişlər alan vətəndaşların sayı müşahidə edilən artım tempinə əsaslanaraq Hesablama Palatası əlilliyin təminatında inzibati nəzarətin gücləndirilməsinin ciddi ehtiyac olduğunu qeyd edir”

V.Gülməmmədov bildirib ki, DSMF-nin dövlətin öhdəlikləri məbləğinin müəyyənləşməsi işini yekunlaşdırılmaması büdcə vəsaitlərinin proqnozlaşdırılmasnın səmərəliliyinə mane olur: “Gələn ilin dövlət büdcəsində sosial müfadiə, sosial təminat üzrə proqnozlaşdırılmış vəsaitin əsas hissəsi DSMF-yə dövlət öhdəliklərinin maliyyələşdirilməsi məqsədilə nəzərdə tutulub. Bu öhdəliklərin məbləğinin müyyənləşməsi işinin yekunlaşdırılmaması, öhdəlikləri yaradan istiqamətlərin müvafiq sənədlərə daxil edilməməsi büdcə vəsaitlərinin proqnozlaşdırılmasnın səmərəliliyinə mane olmaqla, vəsaitlərin nəticəli istifadəsinə,eyni zamanda, sosial fondun maliyyə dayanıqlığının təmin edilməsinə təsir edən əsas amillərdir. Bu işlərin təsdiq olunmuş pensiya konsepsiyasına uyğun olaraq yekunlaşdırılması dövlət büdcə vəsaitinin hesabına maliyyələşdirilən soaial müdaifə tədbirlərinin genişləndirilməsinə imkan yaratmış olacaq”.

O, bildirib ki, təhsil xərcləri ilə bağlı qeyd olunan məsələlərdən biri də ali təhsillə bağlıdır: “Son illərdə ali təhsil köməkçi bölməsi ilə bağlı təsdiq edilmiş və icra olunmuş vəsaitlərin məbləğində nəzərəçarpacaq fərqlər var. Cari ilin 8 ayında təsdiq edilmiş məbləğdən cəmi 3,1 dəfə çox vəsait icra olunub. Proqnozlaşma zamanı təhsil bölməsində yer alan ali təhsil köməkçi bölməsində dövlət sifarişi ilə ali təhsilin maiyyələşməsi ilə bağlı xərclrəin proqnozlaşdırlılmaması, lakin il ərzində vəsaitlərin bu köməkçi bölməyə yönəldilərək icra edilməsi müşahidə olunur. Bu isə dövlət büdcəsi ilə bağlı təsdiq edilmiş, qanunla müyyən olunmuş məbləğin sonunda dəyişdirilməsinə səbəb olan amildir.”

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: DSMF   Hesablama-Palatası  





Xəbər lenti