"AMEA işçilərinin maaşı artırılsın!" - Deputatlardan təklif

"AMEA işçilərinin maaşı artırılsın!" -  Deputatlardan təklif
  06 Noyabr 2018    Oxunub:2401
“Gələn ilin dövlət büdcəsində elmə ayrılan vəsaitin həcmi 0.2 faiz təşkil edir və təəssüf ki, biz bu rəqəmdən yuxarı qalxa bilmirik”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı Parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri vurğulayıb ki, elmi tədiqatların aparılması üçün vəsait lazımdır: “Bundan başqa Azərbaycan Milli Elmlər Akademiyasında çalışanların əmək haqqı aşağıdır və onun artırılması lazımdır. Biz 5-6 ildir müzakirə edirik ki, ölkəmizdə kök hüceyrə mərkəzi yaradaq. Bu mərkəzin yaradılmasını 100 minlərlə xəstə gözləyir. Müqayisə üçün deyim ki, İstanbul şəhərində belə mərkəzlərin sayı onlarladır. Amma Azərbaycanda hələ də belə mərkəzin yaradılması mümkün olmayıb”.

Daha sonra çıxış edən elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli elmə ayrılan vəsaitin artırılmasının zəruri olduğunu vurğulayıb: “AMEA-ya avadanlıqların alınması üçün 2 milyon vəsait ayrılıb. Bu isə çox az vəsaitdir. AMEA-ya alınacaq elə avadanlıqlar var ki, qiyməti yarım milyondur. Bundan başqa akademiyada çalışan işçilərin əmək haqlarının artırılmasına ehtiyac var”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti