Sosial sahəyə 8 milyarddan çox pul ayrılıb

Sosial sahəyə 8 milyarddan çox pul ayrılıb
  06 Noyabr 2018    Oxunub:1166
“Gələn ilin dövlət büdcəsində sosial məqsədlər üçün 8 milyard 265.8 manat nəzərdə tutulub. Bu da büdcənin 33.4 faizi deməkdir”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

H.Rəcəbli vurğulayıb ki, bu rəqəm büdcənin sosial yönümlü və investisiya tutumlu olduğunun bariz nümunəsidir: “Digər sahələrdən fərqli olaraq, büdcədən sosial sahəyə ayrılan vəsaitlərin həcmi intensiv olaraq artırılır. Büdcənin son məqsədi əhalinin güzəranının yaxşılaşdırılmasına xidmət edir”.

Komitə sədrinin sözlərinə görə, ciddi məsələlərdən biri sığorta sistemində gözlənilən yeniliklərdir: “Sığorta sistemində yeniliklər gözləyirik. Vergi islahatları artıq müəyyənləşib. Bütün bunlar son nəticədə məşğulluğun artmasına, qeyri-legal məşğulluğun legallaşmasına xidmət edəcək”.

Qeyd edək ki, bu gün Parlamentin əmək və sosial siyasət komitəsi, səhiyyə komitəsi, ailə, qadın və uşaq məsələləri komitəsi, elm və təhsil komitəsi və mədəniyyət komitəsinin birgə iclasında büdcə zərfinin müzakirəsi keçirilir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər:





Xəbər lenti