Deputat "Azərenerji"ni tənqid etdi

 Deputat "Azərenerji"ni tənqid etdi
  05 Noyabr 2018    Oxunub:2063
""Azərenerji" uzun illər SOCAR xəttindən dotasiyalaşan və sonra da borcları silinən sektor olaraq qalır. Aydınlıq gətirilməlidir ki, "Azərenerji" daha nə qədər dövlətin çiynində yük olaraq qalmağa davam edəcək?"
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın 2019-cu il üçün dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

"Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Cənab Prezident çox haqlı olaraq məlum müşavirədə "Azərenerji" rəhbərliyini qınadı. Bu adamlar nə üçün məsuliyyətsizliyə yol veriblər ki, ölkənin özünün daxili enerji təhlükəsizliyinə ziyan gəlib.. "Azərenerji" bundan sonra nə qədər dövlətin çiynində yük olaraq daşınmağa davam edəcək. Bu məsələyə aydınlıq gətirilməlidir", - deyə Z.Oruc qeyd edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Zahid-Oruc  





Xəbər lenti