Milli Məclisdə dövlət büdcəsi müzakirə olunur
İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, komitə sədrləri və digər qonaqlar iştirak edirlər.
Qeyd edək ki, büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra layihə parlamentin plenar iclasına çıxarılacaq. Layihə ilə bağlı noyabrın 13-14-15-23-30-da parlamentin plenar iclasları keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis Büdcə