Fuad Muradov Avropadakı azərbaycanlıları bir araya topladı
Daha sonra Elsəvər Məmmədov Benelux Azərbaycanlıları Konqresinin (BAK) Sədri seçilib. Koordinasiya Şurasının yaradılması təşəbbüsünü müsbət dəyərləndirən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporunun yeni inkişaf istiqamətləri ilə bağlı məlumat verərək bildirib ki, diasporun qarşısında duran ən başlıca məsələ təşkilatların birgə fəaliyyətinə nail olmaq, diaspor fəaliyyətini koordinasiya etməkdir. Avropanın bir sıra ölkələrində, diaspor təşkilatları tərəfindən, artıq Koordinasiya Şuralarının formalaşdırıldığını qeyd edən Komitə rəhbəri qeyd edib ki, yalnız koordinasiya olunan birgə fəaliyyət, təşkilatların bir-biri və Dövlət Komitəsi ilə sıx əməkdaşlığı nəticəsində hədəflərə çatmaq mümkündür. Eyni zamanda, qeyd edilib ki, Dövlət Komitəsi də birgə, kollegial qərarlara daha çox üstünlük verəcəkdir.
Toplantıda çıxış edən Hollandiya və Belçikadakı diaspor təmsilçiləri də müasir dövrdə təşkilatlar arasında əməkdaşlığın vacibliyini vurğulayaraq vahid şurada birləşmək və gələcək perspektivlərlə bağlı öz fikirlərini bildirib. Elman Mustafazadə isə çıxışında saxta cəmiyyət rəhbərlərinin milli maraqlara vurduğu zərərlərdən, Avropada yaşayan həmyerlilərimizin beynəlxalq qurumlar qarşısında passiv fəaliyyətindən, ziyalı və gənclərlə son illər ərzində yaranan zəif əməkdaşlıqdan söz açıb.
Elman Mustafazadə, həmçinin Avropa və Rusiyada Azərbaycan diasporunun rastlaşdığı çətinikləri də diqqətə çatıdırıb: “Komitənin yeni rəhbəri Fuad Muradovla görüşüm zamanı o, məndə səmimi, işguzar, bacarıqlı və vətənsevər bir insan təsiri yaratdı. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi gəncləşib. Gənclik isə sağlam düşüncə və enerji mənbəyi deməkdir”. Sonda isə Hollandiya-Belçika Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib və şuranın keçici rəhbəri seçilib.
Azvision.az
Teqlər: Diaspora Fuad-Muradov