“Himni dəyişmək tariximizdən imtina etmək deməkdir” - YAP rəsmisi
"Bu günlərdə parlamentdə Azərbaycan dövlət himninin dəyişdirilməsi təklifi səsləndi. Səbəb kimi himnin uzun olması göstərildi. Bu təkliflə razılaşmıram. Himnimiz bir əsr əvvəl çətinliklə əldə etdiyimiz dövlət müstəqilliyimizlə bağlıdır. Himni dəyişmək öz tariximizdən imtina etmək deməkdir. Hər bir xalqın tarixində müəyyən məsələlər var ki, onlar qorunub saxlanmalıdır. Himnin mətnində Vətən, torpaq, hüquq və əsgər sözləri var. Hansılar ki, həmişə aktualdır. Mətnin uzunluğuna gəldikdə isə Yunanıstan himnində 158 sətir var, Argentina himni 9, Salvador himninin isə 8 bəndi var. Azərbaycan himni isə 4 bənddən ibarətdir. Ən qədim himn isə Niderlandındır ki, 1574 - ci ildə şahzadə l Vilhelmə həsr edilərək səslənib", - deyə A.Mirzəzadə vurğulayıb.
Azvision.az
Teqlər: Aydın-Mirzəzadə YAP Deputat