“Belə getsə xəstələr baxıcılara üz tutacaq”

“Belə getsə xəstələr baxıcılara üz tutacaq”
  29 Oktyabr 2013    Oxunub:1135
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov parlamentdəki çıxışında tibbi sığortadan danışıb. Millət vəkili bildirib ki, Azərbaycanda nə qədər səhiyyə müəssisələri tikilsə də vətəndaşlarımız müalicə üçün xaricə gedirlər:

Deputat tibbi sığorta problemlərinin həll edilməsinin vacib olduğunu bildirib.

“Zənnimcə, yaranan problemlərin səbəbi tibbi sığortanın tətbiq edilməməsidir. Bizdə bu modelin tətbiqinə suni əngəllər törədilir. “Tibbi sığorta haqqında” Qanun 1999-cu ildə qəbul edilsə də qanunun reallaşması gecikir. Xəstənin xəstəxana xərclərinin ödənilməsinə, dərmanların almasına kömək edərdi. Amma bu gün qanun reallaşmır. Dövlət Sığorta Agentliyinin yaradılması haqqında prezident sərəncamı var, amma fəaliyyət göstəmir. Bunu araşdırdım və məlum oldu ki, məsələnin kökündə agentliyin tabeçilik məsələsi durur. Səhiyyə Nazirliyi agentliyin öz tabeçiliyinə verilməsinə, Nazirlər Kabineti isə hökümətə bağlı müstəqil fəaliyyət göstərməsini istəyir.

Hesab edirəm ki, Nazirlər Kabinetinin qərarının üstündə durulmalıdır. Nə qədər ki dövlət və özəl təşkilatlarda “qara maaş” məsələsi var, nə qədər ki özəl təşkilatları yoxlayanlara qeyri-qanuni haqq ödənilir bu məsələ öz həllini tapmayacaq.

Sevinc İltifaqızı


Teqlər:  





Xəbər lenti