Niyazi Bayramov fəal gənclərlə görüşüb - Fotolar

Niyazi Bayramov fəal gənclərlə görüşüb -  Fotolar
  01 Noyabr 2018    Oxunub:3508
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin fəal gəncləri ilə görüşüb.
Azvision.azxəbər verir ki, görüşdə millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev, şəhər Gənclər və İdman Baş idarəsinin sədri Müşfiq Cəfərov, həmçinin şəhər ziyalıları və şəhərin ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak ediblər.



Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, Gəncənin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıb. Ölkəmizdə gənclər siyasətin əsası müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyevin uğurlu siyasəti ilə davam etdirilir. Niyazi Bayramov qeyd edib ki, gənclər öz potensiallarından cəmiyyətin inkişafı üçün istifadə etməlidirlər.



Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin sədri Müşfiq Cəfərov çıxışı zamanı bidirib ki, hazırda şəhərdə olan gənclərin sayı 93.808 nəfərdir. Bu isə şəhər əhalisinin 31 faizini təşkil edir. İlin əvvəlindən gənclərin iştirakı ilə 100-ə yaxın tədbir və layihə həyata keçirilib ki, bu tədbirlərdə də 15 minə yaxın gənc və yeniyetmə iştirak edib. Qeyd olunan dövrdə şəhərdə 6 mindən çox idmançının iştirakı ilə 41 idman yarışı reallaşdırılıb.



Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə tələbə-gənclərin fikirləri dinlənilib, gəncləri maraqlandıran suallar cavablandırılıb. Bununla yanaşı gənclərin fəallığını ölçmək, fəal və savadlı gəncləri üzə çıxarmaq üçün auditoriyaya müəyyən suallar da ünvanlanıb. Gənclərin asudə vaxtının səmərəli təşkili, icra olunan faydalı və maraqlı layihələr ətrafında söhbətlər aparılıb, gənclərin fikir və təklifləri dinlənilib.



Tədbirdə gənclərlə yanaşı bəzi idarə, müəssisə rəhbərləri, həmçinin ziyalılar çıxış edib, gənclər və ümumi şəhər üçün faydalı ola biləcək təkliflər səsləndiirblər. Bütün çıxış və təklifləri diqqətlə dinləyən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, təqdim olunan layihələrin dəyərləndiriləcəyini bildirib. Şəhər rəhbəri gənclərə öz tövsiyyələrini verərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azvision.az


Teqlər: Gəncə   Gənc  





Xəbər lenti