FHN əməkdaşı Avropa çempionatında ikinci olub

FHN əməkdaşı Avropa çempionatında ikinci olub
  31 Oktyabr 2018    Oxunub:1291
Rumıniyanın paytaxtı Buxarestdə 25-27 oktyabr tarixlərində Kempo-karate döyüş növü üzrə Avropa çempionatı keçirilib.
Azvision.az xəbər verir ki, çempionatda Azərbaycanı təmsil edən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm Müslümov 81 kq çəki dərəcəsində Avropa çempionatının gümüş medalını qazanıb.

Qeyd edək ki, R. Müslümov iki dəfə dünya mükafatçısıdır. O, eyni zamanda 20-21 oktyabrda keçirilmiş Avrasiya Çempionatında birinci yeri tutub.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti