Nazirin müşaviri icra başçısı oldu

 Nazirin müşaviri icra başçısı oldu
  30 Oktyabr 2018    Oxunub:5397
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Tahir Nadir oğlu Məmmədov Şamaxı rayonuna icra başçısı təyin edilib.
AzVision.az xəbər verir ki, Tahir Məmmədov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazirin müşaviri olub.

O, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsini tutub. Eyni zamanda, Heydər Əliyev Fondunda şöbə müdiri vəzifəsində işləyib və Fondun bir sıra yerli və beynəlxalq layihələrində məsul şəxs kimi fəaliyyət göstərib.

Tahir Məmmədov İctimai Televiziyada departament direktoru olub. Həmçinin “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi çalışıb.

T. Məmmədov Avropa Şurasının Alt Komissiyasında “İnformasiya cəmiyyətinin inkişafı” daimi işçi qrupunun üzvü və Avropa Yayım Birliyində Azərbaycan təmsilçisi olub, hazırda YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədridir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Şamaxı   İcra-başçısı   Müşavir  





Xəbər lenti