Ölkə başçısı Braziliyanın yeni prezidentini təbrik edib

Ölkə başçısı Braziliyanın yeni prezidentini təbrik edib
  30 Oktyabr 2018    Oxunub:1247
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Jair Bolsonaruya təbrik məktubu ünvanlayıb.
Azvision.az-ın məlumatına görə, təbrik mətnində deyilir: "Hörmətli cənab Bolsonaru,

Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Azvision.az



Teqlər: Braziliya   İlham-Əliyev  





Xəbər lenti