Çexiya Respublikasının milli günü qeyd edildi- FOTOLAR

Çexiya Respublikasının milli günü qeyd edildi- FOTOLAR
  29 Oktyabr 2013    Oxunub:1268
Bu gün Bakıda Çexiya Respublikasının milli günü qeyd olunub.
AzVision.az xəbər verir ki, iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra tədbiri açıq elan edən Çexiyanın Azərbaycandakı səfiri Radek Matula qonaqları salamlayıb.

Səfir qeyd edib ki, bugün müasir Çexiya dövləti öz milli bayramını qeyd edir. "Biz 95 il bundan əvvələ təsadüf edən müstəqilliyimizi və suverenliyimizi qeyd edirik."

Səfir qeyd edib ki, Çexiya Respublikası inkişaf etmiş Avropa demokratiyaları arasında yer alır.

Səfir həmçinin qeyd edib ki, Azərbaycan və Çexiya arasında diplomatik əlaqələrin qurulmasından 20 il ötür: "Çexiya Azərbaycanla əlaqələrinin inkişafına önəm verir. Düşünürəm ki, Azərbaycanda da Çexiyanı etibarlı müttəfiq və dost ölkə kimi görürsünüz ".

Bizim əlaqələrimiz təkcə layihələrin sayından və avroların dəyərindən asılı deyil. Ölkələrimiz arasında bütün sahələrdə dərin dostluq əlaqələri mövcuddur. Səfirin sözlərinə görə, əlaqələrin hər hansı bir şəkildə zəifləməsi mümkün olmayıb və olmayacaq da.

Tədbirdə Azərbaycan höküməti adından İqtisadiyyat və Sənayə naziri Şahin Mustafayev çıxış edib. Nazir iki ölkə arasında çoxşaxəli əlaqələrin qurulduğunu qeyd edib. Nazirin sözlərinə görə, iki ölkə arasında ticarət, iqtisadiyyat, investisiyalar və bir çox sahələrdə əməkdaşlıq üzrə 20-dən çox sənəd imzalanıb.

Tədbirdə həmçinin bir çox səfirlər, ictimaiyyət nümayəndələri, media nümayəndələri də iştirak edib.



Bu arada Azərbaycan və Çexiya hökümətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə kommissiyanın iclası 2013-cu ilin sonuna qədər Bakıda keçiriləcək. Trendin məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat və Sənayə naziri Şahin Mustafayev deyib.

Qeyd edək ki, Azərbaycan və Çexiya hökümətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə kommissiya 2011-ci ildə təsis olunub.

Qalereya




Teqlər:  





Xəbər lenti