XİN-dən Pittsburqdakı hücumla bağlı başsağlığı

 XİN-dən Pittsburqdakı hücumla bağlı başsağlığı
  28 Oktyabr 2018    Oxunub:1131
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Pittsburq şəhərində sinaqoqa edilən silahlı hücumla bağlı başsağlığı verib.

Azvision.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter" hesabında yazıb.
"Pittsburq sinaqoqunda baş vermiş cinayətə görə kədərlənirik. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Nifrət və şiddətsiz daha yaxşı dünya üçün bir yerdə olaq", - deyə XİN rəsmisi vurğulayıb.



Qeyd edək ki, ötən gün ABŞ-ın Pittsburq şəhərində (Pensilvaniya ştatı) sinaqoqa silahlı hücum edilib. Hücum nəticəsində 11 nəfər həlak olub, 4-ü asayiş keşikçisi olmaqla 6 nəfər yaralanıb. Cinayətdə şübhəli bilinən 46 yaşlı Robert Bouers yaralı olaraq ələ keçirilib.

Azvision.az



Teqlər: XİN  





Xəbər lenti