Prezident Əmək Mərkəzi ilə bağlı qanunu imzaladı
Qeyd edək ki, 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakı şəhərində keçirilmiş ikinci konfransında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin İƏT-in mənzil-qərargahı Bakı şəhərində olmaqla Əmək Mərkəzinin yaradılması barədə təklifi yekdillə dəstəklənib.
İƏT əmək nazirlərinin 2015-ci ilin oktyabr ayında Cakarta şəhərində (İndoneziya) keçirilmiş üçüncü konfransında Mərkəzin Nizamnamə layihəsi nəzərdən keçirilərək bəyənilib, İƏT Xarici İşlər Nazirləri Şurasının 2016-cı ilin oktyabr ayında Daşkənd şəhərində (Özbəkistan) keçirilmiş 43-cü sessiyasında isə həmin Nizamnamə təsdiq olunub. Nizamnaməyə əsasən, Əmək Mərkəzinin mənzil-qərargahı Bakı şəhərində yerləşəcək və Nizamnamə 10 üzv dövlət tərəfindən ratifikasiya edildikdən sonra yekun qüvvəyə minəcəkdir. Artıq Türkiyə və Azərbaycan tərəfindən bu Nizamnamə imzalanaraq ratifikasiya edilib.
Azvision.az
Teqlər: ƏməkMərkəzi