Azərbaycanlı politoloq Marqvelaşviliyə qarşı çıxdı

Azərbaycanlı politoloq Marqvelaşviliyə qarşı çıxdı
  28 Oktyabr 2013    Oxunub:1001
“Gürcüstanda seçilən prezident seçkilərinin nəticələrindən, Georgi Marqvelaşvilinin prezident seçilməsindən razı deyiləm. Hesab edirəm ki, bu, geriyə doğru atılan bir addımdır”.
Bunu AzVision.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Siyasi ekspertin fikrincə, İvanişvili hakimiyyəti Azərbaycanla münasibətlərə müsbət qiymət verə bilmir:

“Gürcüstanda seçilən prezident seçkilərinin nəticələrindən, Georgi Marqvelaşvilinin Gürcüstan prezidenti seçilməsindən razı deyiləm. Hesab edirəm ki, bu, geriyə doğru atılan bir addımdır. Bu saat Gürcüstanda iş başına mahiyyəti, xarici siyasəti xətti bütövlükdə, ideya platforması çətin yozulan və bəzən şübhəli görünən bir komanda gəlib. Bu komandanın nümayandəsi Gürcüstanın baş naziri Bidzina İvanaşvili Azərbaycan-Gürcüstan münasibətlərinə yüksək qiymət verməyi bacarmır və hətta Gürcüstanla Azərbaycan arasındakı bəzi layihələri şübhə altına almağa çalışdı, amma gücü çatmadı, çünki Saakaşvili prezident idi. İndi hakimiyyət “Gürcü arzusu” blokunun nəzarəti altındadır. Yəni, prezident, baş nazir, parlament də tamamilə “Gürcü arzusu” blokunun nəzarəti altındadır. Bu, o deməkdir ki, Gürcütan hakimiyyətinin nə edəcəyini bu blok müəyyən edəcək”.

Politoloqun sözlərinə görə, `Gürcü arzusu” bloku elə bir imic yaradıb ki, həmin imicə görə, bu blok rusiya meyilli adamlardan təşkil edilib: “Bu nöqteyi- nəzərdən Gürcüstanda demokratiyanın inkişafı, rüşvət və korrupsiyaya qarşı mübarizə, insan haqlarının vəziyyəti baxımından gələcəkdə hansı müsbət dəyişikliklərin olacağına proqnazlaşdırmaq çətindir . Bu, həm də Gürcüstan-Azərbaycan münasibətlərinə aiddir. Gürcüstan prezidenti Azərbaycanın Gürcüstana köməyini səciyyələndirərək deyirdi ki, Gürcüstan- Azərbaycan qardaş xalqlardır, qardaş dövlətlərdir. Azərbaycanın Gürcüstana etdiklərini qardaş qardaşa etməz. Deyirdi ki, Azərbaycanın köməyi olmasa idi, Gürcüstanın müstəqilli çoxdan məhv olmuşdu. Bütün bunlar onu göstərir ki, köhnə komanda Saakaşvilinin komandası iki ölkə arasındakı münasibətlərə böyük əhəmiyyət verirdi”-deyə politoloq şərh edib.

Q.Hüseynli hesab edir ki, yeni hakimiyyətin fəaliyyəti nəticəsində Gürcüstanda yeni qarşıdurmalar yarana bilər.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti