XİN Paşinyanın açıqlamasına reaksiya verdi
"Ermənistan rəhbərliyi ölkəsinin gələcək inkişafını düşünərək, münaqişənin tezliklə həlli istiqamətində real addımlar atmalı, öz beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır", - deyə o bildirib.
L.Abdullayeva qeyd edib ki, Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə bəyan etdiyi kimi hazırkı status-kvo vəziyyəti dayanıqlı deyil və qəbuledilməzdir.
Azvision.az