Dövlət qurumlarına ayrılan vəsaitlər artırılır

Dövlət qurumlarına ayrılan vəsaitlər artırılır
  24 Oktyabr 2018    Oxunub:1942
Gələn ilin dövlət büdcəsində bir sıra nazirliklərə, komitələrə və qurumlara ayrılan vəsait artırılır.
Azvision.az-ın məlumatına görə, 2019-cu il dövlət büdcəsi zərfində qeyd olunub ki, gələn il Səhiyyə Nazirliyinə 2 milyon 283 min 168 manat vəsaitin ayrılacaq. Bu da 2018-ci illə müqayisədə 192 min 680 manat çoxdur. Təhsil Nazirliyinə isə 10 milyon 333 min 259 manat vəsait ayrılacaq ki, bu məbləğ 2018-ci illə müqayisədə 1 milyon 40 min 946 manat çoxdur.

2019-cu ilin dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (“Qaçqınkom”) ayrılacaq vəsait də artırılır. Komitəyə 2 milyon 705 min 359 manat vəsait ayrılacaq ki, bu, ötən ildəki məbləğdən 516 min 281 manat çoxdur.

Gələn ilin dövlət büdcəsindən Milli Televiziya və Radio Şurasına (MTRŞ) 928 min 120 manatın ayrılması planlaşdırılır ki, bu, 2018-ci ildəki vəsaitdən 125 min 099 manat çoxdur. 2019-cu ilin dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) 9 milyon 298 min 685 manatın ayrılması planlaşdırılır. Bu məbləğ 2018-ci ildəki vəsaitdən 1 milyon 648 min 133 manat çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ayrılacaq vəsait isə 5 milyon 046 min 009 manat olacaq ki, bu məbləğ 2018-ci ildəki vəsaitdən 653 min 186 manat çoxdur.

Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Büdcə   MM  





Xəbər lenti