Qanunsuz saxlanılan silah-sursat götürülüb

Qanunsuz saxlanılan silah-sursat götürülüb
  22 Oktyabr 2018    Oxunub:1295
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN-dən Azvision.az-a verilən xəbəər görə, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Rafiq Səmədov müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə, Salyan rayonunun Noxudlu kənd sakini Müzəffər Feyzullayev isə müvafiq sənədləri olmayan “İJ-18 E” markalı ov tüfəngini RPŞ-yə təhvil verib.

​Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Əlirzalı kənd sakini Sədrəddin Salahovdan müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülüb.

Suraxanı RPİ 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Əmircan qəsəbəsi ərazisində selofan torbanın içərisində nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 5 ədəd patron tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Azvision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti