Paytaxt məktəblilərinin daha bir uğuru

Paytaxt məktəblilərinin daha bir uğuru
  22 Oktyabr 2018    Oxunub:1192
Bakı məktəbliləri Türkmənistanda Xəzər dənizi ölkələrinin II mədəni idman festivalında tennis üzrə fərdi və komanda yarışlarında parlaq nəticələrə nail olublar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az-a bildiriblər ki, fərdi qaydada təşkil olunan yarışların nəticələrinə görə, bu qurumun tabeliyindəki 145 nömrəli tam orta məktəbin şagirdi Emin Məmmədov I, 214 nömrəli tam orta məktəbin şagirdi Kənan Pənahov və 238 nömrəli tam orta məktəbin şagirdi Xədicə Əbilzadə II, 242 nömrəli tam orta məktəbin şagirdi Səbinə Məmmədova isə IV yerə layiq görülüb.

Həmçinin komanda şəklində mübarizə aparan Bakı məktəbliləri yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qaliblərə medal, kubok, diplom və hədiyyələr təqdim olunub.

Azvision.az



Teqlər: BŞTİ  





Xəbər lenti