"Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır" - Rusiyalı deputat
Azvision.az xəbər verir ki, bunu AzərTAc-a müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.
“Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar”,-deyə rusiyalı deputat əlavə edib.
Azvision.az