Azərbaycanda sürüşmə təhlükəsi var

Azərbaycanda sürüşmə təhlükəsi var
  19 Oktyabr 2018    Oxunub:1583
"Zığ, Masazır Zəli gölü, "At yalı" qəsəbəsindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur.

Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Onun sözlərinə görə, Şamaxı, İsmayıllı rayonlarında sürüşmə sahələrində aktivlik hiss olunur. Ümumilikdə isə hazırda ölkə ərazisindəki sürüşmə zonalarında aktivlik müşahidə olunur: “Şamaxının Muğanlı kəndində, İsmayıllı yolunda və Bakı-Şamaxı-Yevlax yolunun 132-ci kilometrliyində gərginlik müşahidə edilir, müəyyən yerlərdə uçqun tipli sürüşmələr var. Bundan əlavə, İsmayıllı rayonunun Lahıc inzibati ərazi vahidliyinə daxil olan Qoydan kəndində iki ay öncə sürüşmə olub, hazırda aktiv fazadadır, sürüşmə kütləsi yaşayış evlərinin divarlarına çatıb. Lerikdə, Yardımlıda, Lerik yolunun bir neçə kilometrliyində uçqun tipli çökmə-sürüşmə hadisəsi baş verib".

Aytən Zəhra
Azvision.az



Teqlər: ETSN   Sürüşmə  





Xəbər lenti