İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

İcazəsiz balıq ovlayan şəxs saxlanılıb
  19 Oktyabr 2018    Oxunub:1427
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Xəzər dənizinin Kiçik Qızılağac körfəzində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Lənkəran rayon sakini Vidadi İbadov olduğu müəyyən edilib. Ondan ovladığı balıqlar, ov alətləri və taxta qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 429 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Azvision.az



Teqlər: ETSN   Balıq   Ov  





Xəbər lenti