Qarabağa gedən 3 jurnalist “qara siyahı”ya salındı

Qarabağa gedən 3 jurnalist “qara siyahı”ya salındı
  17 Oktyabr 2018    Oxunub:2177
Frankafoniya sammiti əsnasında güddüyü təxribatçı məqsədlərə nail ola bilməyən Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə heyətinin bəzi üzvlərini qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edib.
Bu barədə Azvision -a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yeni rəhbəri Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir.

Azvision


Teqlər: XİN   Qarabağ  





Xəbər lenti