Oqtay Əsədov şəhid ailələri ilə bağlı göstəriş verdi

  16 Oktyabr 2018    Oxunub : 2566
Oqtay Əsədov şəhid ailələri ilə bağlı göstəriş verdi
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov müavinət ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verib.
AzVision.az-ın məlumatına görə, spiker bu məsələnin həll edilməli olduğunu deyib.

“Ümumiyyətlə, yanaşma dəyişilməlidir. Hər şeyi Milli Məclis edə bilməz ki? Parlament şəhid ailələri ilə bağlı nə mümkündürsə etdi, iclaslar keçirdi, müraciətlər etdi. Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır. Tövsiyə edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, “Azərsığorta”nın əməkdaşları parlamentə dəvət edilsin, məsələ müzakirə olunsun”,- deyə O.Əsədov bildirib.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis   Oqtay-Əsədov