"Həmin evlərin hamısı köçürülməlidir" - Hacıbala Abutalıbov

"Həmin evlərin hamısı köçürülməlidir" - Hacıbala Abutalıbov
  15 Oktyabr 2018    Oxunub:1480
"Sürüşmə baş verən ərazinin yuxarı hissəsində yerləşən 11 evin sökülməsi vacibdir".

AzVision.az xəbər verir ki, bunu sürüşmə zonasında jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib. O? bildirib ki, yaponiyalı mütəxəssislər əraziyə baxış keçirəndən sonra bu qənaətə gəliblər.
"Evlər sökülməlidir ki, ağırlıq müəyyən qədər azalsın. Həmin evlərin hamısı köçürülməlidir, amma indiki mərhələdə yox. Sürüşmədə gərginlik azalandan sonra həmin evlərin köçürülməsinə başlana bilər. İndiki vaxtda ora hər hansı bir müdaxilə qəbuledilməzdir. Gözləməliyik ki, gərginlik müəyyən qədər azalsın. Biz ilkin olaraq belə qənaətə gəldik ki, bütün quyuların suları mütləq analiz edilsin. Bunun üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, "Azərsu" ASC-yə göstəriş vermişik. Analizlər sabaha qədər hazır olacaq və yapon mütəxəssislərə təqdim olunacaq".

H.Abutalıbov qeyd edib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi sürüşmə ərazisində dronla müşahidə aparır: "Onların verdiyi məluamata görə, sürüşmə davam edir. Çalışmalıyıq ki, gərginlik artmasın. Dronla burada olan hərəkət tam nəzarət olunur".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Hacıbala-Abutalıbov   Sürüşmə   Badamdar  





Xəbər lenti