İlham Əliyev Lənkərandan Astaraya getdi

İlham Əliyev Lənkərandan Astaraya getdi
  15 Oktyabr 2018    Oxunub:1324
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gəlib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda həyata keçirilən layihələr barədə məlumat verdi.

AzVision.az




Teqlər: Lənkəran   İlham-Əliyev   Astara  





Xəbər lenti