"Camaat nə deyər?" prinsipi insanları səhv etməyə sövq edir

"Camaat nə deyər?" prinsipi insanları səhv etməyə sövq edir
  15 Oktyabr 2018    Oxunub:2770
"Maarifləndirmə işləri gücləndirilməlidir ki, insanlar dini mərasimlər keçirərkən çərçivədən kənara çıxmasınlar"
AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

"Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israfçılığa yol verirlər. "Camaat nə deyər?!" prinsipi insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil. Hər bir şəxs düşünməlidir ki, "Allah nə deyir? Dinimiz nə buyurur?" Bu gün müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, əlbəttə ki, bu məsələyə dövlət müdaxilə edəcək. Azərbaycanda bu kimi hallara rast gəlinmir. Lakin maarifləndirmə aparılmazsa, dünya ölkələrində baş verən bu kimi hallar bizə də yansıya bilər", - komitə sədri bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti