"Dini icmalara maşın verilməsi nümunəvi haldır" - Komitə sədri
Komtə sədri bildirib ki, Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin dinə olan qayğısı mütəmadi müşahidə edilir.
"Bunu istər məscidlərin tikilib, yenidən təmir olunub, insanların istifadəsinə verilməsi, o cümlədən, dini mərasimlərdə cənab prezidentin iştirakı və qeydiyyatdan keçmiş dini icmalara nəqliyyat vasitələrinin verilməsində şahid oluruq. Maşınların verilməsində müəyyən çaşqınlıq yaranır. Burada söhbət fərdlərdən getmir, icmalardan gedir. İcmalar nəqliyyat vasitələri ilə təmin olunurlar və bu proses başlayıb".
Aytən Zəhra
AzVision.az
Teqlər: Siyavuş-Novruzov