Əməkdaşlıq etdiyi şirkətdən oğurluq etdi - FOTOLAR
Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda yerləşən əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib. İstintaq zamanı məlum olub ki, R.Hüseynov 3 ilə yaxındır qeyd edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib.
Oğurluq hadisələri zamanı isə akkumlyatorlar X.Zeynalova məxsus yük maşını vasitəsilə daşınaraq satılıb. Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
AzVision.az