Sürüşmə zonasında uçqunlar müşahidə edilir

  14 Oktyabr 2018    Oxunub : 779
Sürüşmə zonasında uçqunlar müşahidə edilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında apardığı monitorinqin nəticələri açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, saat 21:00-a olan məlumata əsasən, sürüşmə ərazisində gərginlik qalmaqdadır.

Sürüşmə kütləsi üzərində ciddi dəyişiklik baş verməyib. Lakin ara-sıra uçqunlar müşahidə edilir.

AzVision.az

Teqlər: ETSN   Sürüşmə