Məktəblilərə yol hərəkəti qaydaları izah edilir
Bu istiqamətdə Qusar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərdəki 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi şagirdlərə yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək olub. Məktəblilərə yol nişanları haqqında məlumat verilib, yollarda piyada keçidləri üçün nəzərdə tutulan piyada zolaqlarından istifadənin zəruriliyindən danışılıb.
Tədbir təhsil müəssisəsinin qarşısında yerləşən yolda sona çatıb. Şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyyələr verilib.
AzVision.az
Teqlər: DYP