İSESKO “ASAN xidmət” modelindən faydalanmağı tövsiyə edib - FOTOLAR
"ASAN xidmət"in 2015-ci ildə BMT-nin dövlət xidmətləri mükafatına layiq görüldüyü və müvafiq sahədə ən uğurlu həll olduğu, elm, mədəniyyət və təhsil də daxil olmaqla sahələr üzrə idarəetmə ilə bağlı səmərəli praktiki sistem qismində çıxış etdiyi vurğulanıb. Dövlət Agentliyi ilə İSESKO arasında imzalanmış Anlaşma Memorandumunun önəmindən bəhs edilib. Həmçinin tədbir iştirakçılarının diqqətə çatdırılıb ki, Dövlət Agentliyi təşkilata üzv dövlətlərdə dövlət xidmətlərinin göstərilməsi sahəsini daha da təkmilləşdirmək üçün “ASAN xidmət” modelinin tətbiqi üzrə əməkdaşlığa hazırdır.
Sessiyada bir sıra məsələrlə yanaşı, İSESKO-nun 2019-2021-ci illər üzrə üçillik Fəaliyyət Planı və Büdcəsi, 2019-2027-ci illər üzrə ortamüddətli Strateji Fəaliyyət Planı müzakirə edilib və qəbul olunub. İSESKO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsi olan “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub.
Səfər çərçivəsində Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG Afrika) Afrika Yerli İdarəetmə Akademiyasnın (ALGA) rəhbəri Nəcat Zarrukla görüş keçirilib. Görüşdə cari ilin iyun ayında Dövlət Agentliyi ilə Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatı arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.
AzVision.az
Teqlər: İSESKO ASAN-xidmət