Lvovda azərbaycanlı gəncə vəzifə verilib

Lvovda azərbaycanlı gəncə vəzifə verilib
  13 Oktyabr 2018    Oxunub:1536
Ukraynada yaşayan azərbaycanlı gəncə Lvov şəhərində UNESCO-nun nəzdində fəaliyyət göstərən akademiyada yeni vəzifə verilib.
Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin Lvov təşkilatının rəhbəri Şəhriyar Məhərrəmov UNESCO-nun nəzdindəki Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının Şərq və Cənub ölkələri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Bununla bağlı keçirilən tədbirdə Azərbaycan, Bolqarıstan, Polşa, Yunanıstan, Belarus və Krım tatarlarının cəmiyyətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Akademiyanın rektoru Vasili Tuarçineç bildirib ki, istedadlı gənc kadrların üzə çıxarılması olduqca vacibdir.

Ş.Məhərrəmov fəaliyyəti dövründə istedadlı gənclərin üzə çıxarılması üçün silsilə tədbirlər həyata keçiriləcəyini vurğulayıb. (AzərTAc)

AzVision.az


Teqlər: Lvov  





Xəbər lenti