Polşa vətəndaşı Azərbaycandan üzr istədi

Polşa vətəndaşı Azərbaycandan üzr istədi
  12 Oktyabr 2018    Oxunub:1297
Polşa Respublikasının vətəndaşı, Volomin povyatının starostası Kazimir Rakovski Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
XİN-dən AzVision.az-a verilən məlumata görə, K.Rakovski Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünə, habelə Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanun və qaydalara hörmət etdiyini vurğulayıb. O, regiona səfərinin səbəb olduğu bütün çətinliklərə və nəticələrinə görə üzrxahlığının qəbul edilməsini və adının “Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

K.Rakovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

AzVision.az


Teqlər: XİN   Polşa  





Xəbər lenti