Dövlət Komitəsi yeni layihəyə start verib

Dövlət Komitəsi yeni layihəyə start verib
  11 Oktyabr 2018    Oxunub:1162
Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihəyə - “Sabahın xeyir, Azərbaycan” videolayihəsinə start verib.
Komitədən AzVision.az-a verilən məlumata görə, hər səhər müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, xüsusilə gənc soydaşlarımız videoçarxlar vasitəsilə Vətəni - Azərbaycanı salamlayacaq.

Layihənin məqsədi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir. Diaspor gənclərinin böyük marağına səbəb olan videoçarxları Dövlət Komitəsinin rəsmi sosial şəbəkə(https://www.facebook.com/AzDiaspora/,https://twitter.com/DiasporaAz,https://www.instagram.com/diasporaaz/) ünvanlarından və Diaspor TV-dən izləmək mümkündür.

AzVision.az


Teqlər: Komitə   Layihə  





Xəbər lenti