Şəki “ASAN Həyat” kompleksinin tikintisinə 19,8 milyon ayrıldı
Sərəncamda qeyd edilir ki, ölkədə vahid standartlar çərçivəsində idarə olunan və vətəndaşlara keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə dövlət xidmətləri göstərilməsini təmin edən 17 mərkəz – “ASAN xidmət”, “ASAN Kommunal” və “ABAD” mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinə dövlət qurumu və digər təşkilatların üç minədək əməkdaşı, habelə 13 mindən çox könüllü gənc cəlb edilib.
“ASAN Həyat” kompleksləri və “ABAD” mərkəzləri vasitəsilə həmçinin məşğulluğun inkişafı istiqamətində tədbirlər həyata keçirilib, 19 milyondan çox vətəndaş müraciəti üzrə əldə edilən məmnunluq əmsalı daim yüksək səviyyədə olub.