19 yaşlı qız nənəsinə görə özünü öldürüb - Təfərrüat

19 yaşlı qız nənəsinə görə özünü öldürüb - Təfərrüat
  08 Oktyabr 2018    Oxunub:3214
Ötən gün intihar edən Zərdab rayonu, Şah-hüseynli kənd sakini, 1999-cu il təvəllüdlü Həsənova Mətanət Yaşar qızının meyitinin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Bu barədə AzVision.az-a Şah-hüseynli kənd icra nümayəndəsi Abubəkir İsayev məlumat verib.
Onun sözlərinə görə, ekspertizanın rəyi artıq bəllidir və bu barədə ailəsinə məlumat verilib: “Rəyə əsasən meyitin üzərində döyülmə, vurulma, zorakılıq əlamətləri aşkar edilməyib. Ailədə də hər hansı problem olmayıb. İntihar etmək üçün səbəb yoxdur. Bu yaxınlarda qızın nənəsi Tamara Hənəsova 84 yaşında dünyasını dəyişib. Ailə yas içərisində idi. Valideynlərinin dediyinə görə, qız nənəsinə çox bağlı olub və onun ölümündən sonra vəziyyəti yaxşı olmayıb. Ehtmal edilir ki, qız nənəsinin yoxluğuna dözə bilməyib və özünü öldürüb”.

Qeyd edək ki, ötən gün saat 14:58-də intihar məqsədi ilə özünü kanala atmış, Zərdab rayonu, Şah-hüseynli kənd sakini,1999-cu il təvəllüdlü Həsənova Mətanət Yaşar qızının cəsədi “Aran” dalğıc axtarış qrupunun dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: İntihar   Zərdab  





Xəbər lenti