Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva veloyürüşün keçirilməsində məqsədin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin yerinə yetirilməsinə diqqət çəkmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etmək olduğunu deyib.
Sonra U.Tağıyeva və Velosiped İdman Federasiyasının nümayəndəsi veloyürüş iştirakçılarına təhlükəsizlik qaydalarını izah ediblər.
Veloyürüş Azneft meydanından start götürüb və Heydər Əliyev Mərkəzinədək davam edəcək.
AzVision.az