“Qonşu ölkələrlə düşmən vəziyyətində idik” - YAP rəsmisi

“Qonşu ölkələrlə düşmən vəziyyətində idik” - YAP rəsmisi
  05 Oktyabr 2018    Oxunub:1271
“Hansısa beynəlxalq təşkilata qoşulanda xalqın marağından çıxış edərək addım atırıq. Azərbaycan Prezidenti xalqın maraqlarından çıxış edir. Biz qonşularımızla xoş münasibətdə olmalıyıq”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

“Biz şahidi olduq ki, 1990-cı illərdə qonşularla yaxşı münasibətdə olmamaq hansı nəticələrə gətirib çıxardı. Keçmiş iqtidarın dövründə demək olar ki, ətrafda olan qonşuların hər biri ilə düşmən vəziyyətində idik. Ölkəni uçurumdan ümumilli Heydər Əliyev xilas etdi, qonşularla münasibəti tənzimlədi” –deyə S.Novruzov bildirib..

Millət vəkili əlavə edib ki, mütəmadi olaraq Avropa təşkilatlarından Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyirlər:

“Hesab edirəm ki, onlarla da münasibətlərimizi qorumalıyıq, fikirlərimizi deməliyik, öz həqiqətlərimizi çatdırmalıyıq, Avropa meydanından istifadə etməliyik. Bilirik, ədalətsizdirlər, sadəcə, orada olub sözümüzü deməliyik”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: YAP   Siyavuş-Novruzov   Deputat  





Xəbər lenti