“Onları azı 300 metr aralıda dəfn etmək lazımdır” - Deputat

“Onları azı 300 metr aralıda dəfn etmək lazımdır” - Deputat
  05 Oktyabr 2018    Oxunub:1348
“Müasir dövrdə çox ciddi xəstəliklər var. Elə xəstəliklər var ki, yoluxucudur, bu xəstəlik üçün kimyəvi maddələrdən istifadə edilir. Həmin şəxslər vəfat edərkən elə yerdə dəfn edilməlidir ki, su qovşağından ən azı 300 metr aralı olsun”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

Komitə sədri bildirib ki, qeyd etdiyi şəxslər dəfn edilərkən əkin sahəsi ilə bir qədər məsafə olmalıdır: “Bəzən şahidi oluruq ki, ölüləri kim harada gəldi basdırır. Məktəbin, xəstəxanın, su hövzəsinin yaxınlığında bu işləri həyata keçirmək olmaz. Bu, çox təhlükəlidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti