Şamaxı rəsədxanasında “açıq qapı” günü

Şamaxı rəsədxanasında “açıq qapı” günü
  04 Oktyabr 2018    Oxunub:3625
Bu gündən başlayaraq oktyabrın 10-dək Ümumdünya Kosmos Həftəsi çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında “açıq qapı” günü keçiriləcək.
Rəsədxanadan AzVision.az-a verilən məlumata görə, Ümumdünya Kosmos Həftəsi kosmik fəzanın araşdırılmasına həsr olunan beynəlxalq səviyyəli tədbirlərdən ən böyüyüdür. Hər il 90-dan çox ölkədə Ümumdünya Kosmos Həftəsi layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilir.

Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildən qoşulub və hər il bir həftə boyunca ölkədə astronomiya və kosmos elminin təbliğinə dair tədbirlər keçirilir.

Bu tədbirlərə Şamaxı Astrofizika Rəsədxanasında və Tusi-Bohm Planetariumda açıq qapı günləri, film təqdimatları, tanınmış astronomlarla görüşlər və s. daxildir.

AzVision.az


Teqlər: Şamaxı   Rəsədxana  





Xəbər lenti