Şəhriyar Məmmədyarov dünyada 4-cü oldu

Şəhriyar Məmmədyarov dünyada 4-cü oldu
  04 Oktyabr 2018    Oxunub:2282
1 oktyabr 2018-ci il üçün URS - “Grand chess tour” və Kasparov Fondu tərəfindən təsis edilmiş universal reytinq dərc edilib. Bu reytinqdə klassik şahmat, rapid və blits üzrə bütün yarışlarda çıxışların nəticələri nəzərə alınır.
Reytinq əmsalı 2796 olan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov dünya üzrə ilk onluqda 4-cü yerdədir. İlk onluqda birinci 3 yeri Norveç nümayəndəsi Maqnus Karlsen (2864), Amerika təmsilçisi Hikaru Nakamura (2809) və fransız Maksim Vaşye-Laqrav (2800) tutur.

Azərbaycan şahmatçılarından daha 5 nəfər dünya üzrə ilk yüzlüyə daxildir – Teymur Rəcəbov (2748) – 19-cu, Rauf Məmmədov (2728) – 28-ci, Qədir Hüseynov (2712) – 41-ci, Eltac Səfərli (2701) – 48-ci və Arkadi Naydiç (2692) – 59-cu yerdədir.

AzVision.az


Teqlər: Şəhriyar-Məmmədyarov  





Xəbər lenti